Gəncədə Türkiyənin Cümhuriyyət Günü qeyd edilib
Gəncə şəhərində Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü qeyd olunub.
Crossmedia.az-ın məlumatına görə, bu münasibətlə Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə rəsmi tədbir keçirilib.
Tədbirdə baş konsul Rəcəb Oztop, şəhər icra rəsmiləri, müxtəlif idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı Türkiyə Cümhuriyyətinin yaranma tarixindən və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edilib.
Qeyd edək ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib və 1925-ci ildə bu günün Türkiyə dövlətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul edilib.(Report)
19:32 29.10.2025
Oxunuş sayı: 1592