Ceyhun Bayramov Səmərqənd şəhərinə işgüzar səfərə yola düşüb
29 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə yola düşüb.
Crossmedia.az xəbər verir ki, səfər çərçivəsində, xarici işlər nazirinin 30-31 oktyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında iştirakı və çıxışı, həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
19:14 29.10.2025
Oxunuş sayı: 1683