Podqoritsada türklərə qarşı etirazlar: Azərbaycan vətəndaşı da saxlanılıb
Monteneqronun paytaxtı Podqoritsada türklərə qarşı etiraz aksiyaları keçirilib. Aksiya, Türkiyə vətəndaşlarının iştirakı ilə yerli sakinin xəsarət alması ilə nəticələnən insidentdən sonra başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Monteneqro mətbuatı məlumat yayıb.
Məlumata görə, əvvəlcə dinc şəkildə başlayan aksiya tezliklə ksenofob xarakter alıb və miqrantlara qarşı dözümsüzlük nümayişi ilə müşayiət olunub. Ekspertlər bildirirlər ki, bu hadisə ölkədə millətçi meyillərin artdığını və hökumətin antimiqrant aksiyalarının qarşısını almaqda çətinlik çəkdiyini göstərir.
Daha sonra məlum olub ki, saxlanılanlar arasında Azərbaycan vətəndaşı da var.
Azərbaycanın Serbiyadakı səfirliyi və Monteneqrodakı diplomatik nümayəndəliyi hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır və vəziyyəti diqqətdə saxlayır.
Diplomatik qurumlar Monteneqroda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi aksiyalardan uzaq durmağı, yerli qanunlara ciddi əməl etməyi və ehtiyac yarandıqda səfirliyə müraciət etməyi tövsiyə ediblər.
Türkan Kərimli
21:25 29.10.2025
Oxunuş sayı: 1525