Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı olub
Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "X"də yazıb.
Nazir Oman paytaxtı Masqat şəhərində Azərbaycan səfirliyinin rəsmi açılış mərasimində iştirak etməkdən məmnunluğunu ifadə edib.
C.Bayramov vurğulayıb ki, bu yeni diplomatik nümayəndəlik iki ölkə arasında artan tərəfdaşlığı əks etdirən mühüm bir mərhələni ifadə edir:
"Biz Azərbaycan və Oman xalqları üçün yeni imkanlar açmaq məqsədilə ticarət, investisiya, mədəniyyət və turizm sahələrində ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqik. Atılan bu addımlar siyasi dialoqun, xalqlar arasında əlaqələrin və uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlmiş ortaq iradəmizi əks etdirir".
17:43 29.10.2025
Oxunuş sayı: 1283