Paşinyan Fransaya səfər edəcək
Cənubi Qafqazda diplomatik proseslərin intensivləşdiyi bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyan növbəti xarici səfərinə hazırlaşır. Səfərin əsas məqsədi regional məsələlər, sülh gündəliyi və Fransa ilə əlaqələrin müzakirəsi kimi qiymətləndirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan 29–30 oktyabr tarixlərində Fransaya işgüzar səfər edəcək. O, səfər çərçivəsində 8-ci Paris Sülh Konfransında iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
Məlumata görə, 30 oktyabrda Yelisey sarayında Paşinyanın Fransa prezidenti Emmanuel Makron ilə görüşü planlaşdırılıb.
Nigar Yahyazadə
16:35 29.10.2025
Oxunuş sayı: 1068