Krımda ardıcıl partlayışlarda neft bazası yanıb
Bu gün səhər saatlarında Rusiya tərəfindən işğal olunmuş Krımın müxtəlif bölgələrində partlayışlar və yanğınlar baş verib. Hadisə nəticəsində bölgədə kritik vəziyyət yaranıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar nəticəsində ən azı bir neft bazası və hərbi obyekt zədələnib.
Məlumata görə, Qvardeysk qəsəbəsində güclü partlayış qeydə alınıb və oktyabrın 17-də də hücuma məruz qalmış “ATAN” neft bazası yanıb.
Həmçinin bildirilir ki, Qresovski qəsəbəsində yerləşən Simferopol İstilik Elektrik Stansiyası da yanıb. Qeyd edək ki, bu stansiya əvvəllər “QRES” adı ilə tanınıb.
Krımın “qubernatoru” Sergey Aksyonov hadisəni rəsmi şəkildə təsdiqləyib və sosial şəbəkədə paylaşımında bildirib ki, dron Simferopolda yanacaq anbarına düşüb və nəticədə yanğın başlayıb.
Nigar Yahyazadə
16:13 29.10.2025
Oxunuş sayı: 1059