Makronun Ukraynaya qoşun göndərmək planı siyasi karyerasının sonu ola bilər – Amerikalı politoloq
Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərmək planı onun siyasi karyerasının sonu ola bilər.
Crossmedia.az xarici mənnələrə istinadən bildirir.
Bu fikri amerikalı politoloq və “Russia Up Close” proqramının aparıcısı Eddi Qonzales TASS agentliyinə açıqlamasında bildirib.
Qonzalesin sözlərinə görə, Makronun Fransa daxilindəki reytinqi sürətlə aşağı düşüb:
“Makronun ölkə daxilində populyarlığı 20 faizdən də azdır. Bəzi son sorğular onun reytinqinin müsbət məqamının 14 faiz, narazılıq göstəricisinin isə 75 faizdən yuxarı göstərir,” – deyə o vurğulayıb.
Politoloq əlavə edib ki, Fransa ictimaiyyəti Ukraynaya dəstək məsələsində bölünmüş vəziyyətdədir. Onun sözlərinə görə, getdikcə daha az insan “sonuncu ukraynalıya qədər” müharibənin davam etməsini dəstəkləyir.
Fərhad Musayev
16:05 29.10.2025
Oxunuş sayı: 1144