Putin: Döyüş əməliyyatları zonasında vəziyyət Rusiya üçün əlverişli şəkildə formalaşır
Rusiya Prezidenti Vladimir Putin döyüş əməliyyatları zonasındakı vəziyyətin Moskvanın xeyrinə dəyişdiyini bildirib. O vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin əməliyyatları plan üzrə davam edir və ölkə bu proseslə uzunmüddətli təhlükəsizliyini təmin edir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ordusu “xüsusi hərbi əməliyyat”ın bütün istiqamətlərində fəal şəkildə irəliləyir.
“Hazırda vəziyyət Rusiya üçün əlverişli şəkildə formalaşır. Silahlı Qüvvələrimiz bütün istiqamətlərdə təşəbbüsü ələ alıblar, Kupyansk və Krasnoarmeysk istiqamətlərində düşmən blokadaya alınıb və mühasirədə saxlanılır. Rusiya Silahlı Qüvvələri, o cümlədən Ukrayna və xarici KİV nümayəndələrinin də düşmənin mühasirədə olduğu zonaya daxil olmasına qarşı deyil. Ukraynanın siyasi rəhbərliyi mühasirədə qalan vətəndaşlarının taleyi ilə bağlı qərar qəbul etməlidir” – Putin qeyd edib.
Türkanə Məşədiyeva
16:02 29.10.2025
Oxunuş sayı: 1023