Rusiyada üç zavoda dron hücumu olub
Bu gecə Rusiyada üç sənaye müəssisəsi dron hücumuna məruz qalıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar nəticəsində Ulyanovsk vilayətində yerləşən illik 600 min ton gücündə “NS-Oil” neft emalı zavodu, Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən “Stavrolen” kimya zavodu və Mari El Respublikasının Tabaşino qəsəbəsində yerləşən, ildə 1,6 milyon ton neft emal edən neft emalı zavodu zərər görüb.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib, itkilər və ziyanın miqyası dəqiqləşdirilir.
Günel Verdiyeva
14:56 29.10.2025
Oxunuş sayı: 1444