İtaliya Deputatlar Palatasının üzvü: Azərbaycanda tolerant mühit mövcuddur
Azərbaycanda tolerant mühit mövcuddur.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında İtaliya Deputatlar Palatasının üzvü Eucenio Zoffili deyib.
Onun sözlərinə görə, Azərbaycanda İtaliyanın səfirliyi fəaliyyət göstərir: "Bu və digər məqamlar ölkələr arasındakı münasibətlərin çoxşaxəliliyinə əsas verir".
İtaliyalı nümayəndə ölkəsinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması istiqamətində atılan addımları yüksək qiymətləndirdiyini də vurğulayıb.
12:07 29.10.2025
Oxunuş sayı: 1910