TBMM-in Büro üzvü: Türkiyə bundan sonra da Azərbaycana dəstəyini davam etdirəcək
Türkiyə bundan sonra da Azərbaycana dəstəyini davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Büro üzvü Hasan Turan Milli Məclisdə keçirilən "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunmuş beynəlxalq parlament konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanın 44 günlük müharibədəki qələbəsi Türk dünyasının zəfəri idi:
"Azərbaycan uzun onilliklərdir bu zəfər üçün böyük yol qət edib. Hazırda Ermənistanla sülh istiqamətində mühüm addımlar atılır. Bundan sonra da qardaş Azərbaycana güclü dəstəyimizi davam etdirəcəyik".
11:32 29.10.2025
Oxunuş sayı: 1802