Bakıda Xəzər Enerji Forumu öz işinə başlayıb
Bakıda Xəzər Enerji Forumu öz işinə başlayıb.
Crossmedia.az xəbər verir ki, Xəzər Enerji Forumu regionun qlobal enerji keçidindəki rolunu müzakirə etmək məqsədilə biznes nümayəndələrini, hökumət təmsilçilərini və diplomatik missiyaları bir araya gətirir.
Forumun nəzər nöqtəsində “Yaşıl Enerji Dəhlizinin” inkişafı, eləcə də Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qara dəniz regionu ölkələri arasında neft-qaz sektorunda strateji əməkdaşlığın gücləndirilməsi olacaq.
Forumun əsas məqsədləri COP29 və COP30 tədbirləri fonunda beynəlxalq enerji gündəminin düzgün və səmərəli şəkildə təqdim edilməsini təmin etmək, regionda bərpa olunan enerji və qaz sahəsində əsas layihələrin tanıdılması və dəstəklənməsi, “Yaşıl Enerji Dəhlizi”nin Avropaya qədər uzanan inkişafı üzrə fikir mübadiləsi aparmaq, dövlət, biznes və beynəlxalq təşkilatlar arasında dialoqu dərinləşdirmək, həmçinin dayanıqlı enerji sahəsində investisiyaların cəlb olunması və tərəfdaşlığın genişləndirilməsidir.
10:18 29.10.2025
Oxunuş sayı: 1329