XİN: Azərbaycan-Türkiyə qardaşlığı gələcək nəsillər üçün örnək olacaq
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı XİN-in "X"dəki hesabında paylaşım olunub.
"29 Oktyabr - Türkiyə Respublikasının əsasının qoyulmasının 102-ci ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Bu tarixi gündə, Türkiyə Respublikasının banisi, dahi Mustafa Kamal Atatürkü, eləcə də Cümhuriyyətin yaradılması uğrunda canlarını fəda etmiş şəhidlərimizi və qazilərimizi dərin ehtiramla yad edirik.
Bölgədə sülhün, ədalətin və inkişafın rəmzinə çevrilmiş Türkiyə Respublikası, eləcə də bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi yaşayacaq və gələcək nəsillər üçün örnək olacaqdır. Bu əlamətdar gün münasibətilə qardaş Türkiyəyə daim sülh, rifah və tərəqqi arzulayır, Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının əbədi olacağına əminliyimizi ifadə edirik. Türkiyənin Cümhuriyyət Günü mübarək!", - paylaşımda qeyd edilib.

08:15 29.10.2025
Oxunuş sayı: 1149