ABŞ Konqres üzvü: Tramp Rusiya və Çinlə nüvə danışıqlarına başlamalıdır
ABŞ Nümayəndələr Palatasının üzvü Rəşida Tlaib bildirib ki, Donald Tramp administrasiyası dərhal Rusiya və Çinlə nüvə arsenalının azaldılması üzrə danışıqlara başlamalıdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O, bu fikri “Win Without War” adlı ictimai təşkilatın keçirdiyi tədbirdə səsləndirib:
“Biz bu administrasiyanı Yeni START müqaviləsinə varis sazişin hazırlanması və xüsusilə Rusiya və Çinlə nüvə arsenalının məhdudlaşdırılması və azaldılması barədə yeni razılaşmaların əldə olunması üçün danışıqlara başlamağa təşviq etməliyik,” – deyə Tlaib qeyd edib.
Tlaibin sözlərinə görə, bir çox ABŞ qanunvericiləri müdafiə büdcəsinin artırılmasında maraqlıdırlar, çünki əslində “sonsuz müharibələrə və silahlanma yarışına investisiya yatırırlar”.
Günel Verdiyeva
09:30 29.10.2025
Oxunuş sayı: 1455