Millət vəkili: Cross Media dövlətə, dövlətçiliyə xidmət edən bir media subyektidir
Crossmedia.az Analitik İnformasiya Portalının fəaliyyətə başlamasından bir il keçir. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində redaksiyamıza təbriklər artıq daxil olmağa davam edir.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Crossmedia.az-ın bir yaşı ilə bağlı fikirlərini bölüşüb: “Crossmedia.az dövlətə, dövlətçiliyə xidmət edən bir media subyektidir. Cəmi bir ildir fəaliyyət göstərməyə baxmayaraq, geniş auditoriya qazanmağı bacarıb. Daim xoş və müsbət xəbərlərlə Azərbaycan cəmiyyətini maarifləndirirsiniz. Eyni zamanda, dövlətimizin və cəmiyyətimizin qarşısında duran problemləri obyektiv şəkildə ictimaiyyətə çatdırırsınız. Oxucularınızın sayının artmasını, auditoriyanızın daha da genişlənməsini arzulayıram”.
Fidan Qarayeva
10:00 29.10.2025
Oxunuş sayı: 1623