Çin gündə 16 milyon barel neft istehlak edir
Çin iqtisadiyyatı hazırda gündə 16 milyon barel neft istehlak edir. On il əvvəl bu rəqəm 11 milyon idi. Lakin daxili istehsal cəmi 5 milyon bareldir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya və Orta Asiyadan gələn iki boru kəməri hətta 1 milyon barel belə daşımır.
Venesueladan idxal artsa da, onlar yalnız 1 milyon barel ətrafındadır.
Qalan 9 milyon barel Fars körfəzi və Hind okeanı vasitəsilə nəql olunur. Müharibə baş verərsə, Malakka boğazında və Hind okeanında sualtı qayıqlar və düşmən bölmələri bu boru kəmərlərini asanlıqla poza bilər. Çinin strateji neft ehtiyatları cəmi 1-2 aydır.
19:38 28.10.2025
Oxunuş sayı: 1325