Tramp administrasiyasının nümayəndələri Qazaxıstana səfər edib
ABŞ prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serco Gor və dövlət katibinin müavini Kristofer Landau işgüzar səfərlə Qazaxıstanın Almatı şəhərinə gəliblər.
Crossmedia.az xəbər verir ki, Qazaxıstan Prezident Administrasiyasının məlumatına görə, səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək. Görüşlərdə Qazaxıstan–ABŞ münasibətlərinin inkişaf perspektivləri, həmçinin beynəlxalq və regional gündəliklə bağlı məsələlər müzakirə olunacaq.
Fatimə Nəzərli
21:12 28.10.2025
Oxunuş sayı: 1021