Monteneqroda 45 türkiyəli vətəndaş saxlanılıb
Monteneqronun paytaxtı Podqoritsada aparılan yoxlamalar zamanı 45 türkiyəli vətəndaş saxlanılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, polis Türkiyə vətəndaşlarının iştirak etdiyi zorakılıq hadisələrindən sonra koordinasiyalı tədbirlər həyata keçirib. Yoxlamalar nəticəsində ümumilikdə 45 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları onların ölkədə qalma qanuniliyini və mümkün qanun pozuntularını qiymətləndirəcək. Bu prosesdən sonra müvafiq tədbirlər görüləcək — o cümlədən, yaşayış icazələrinin ləğvi və ölkədən çıxarılma.
Polis İdarəsi bəyan edib ki, Monteneqro ərazisində əcnəbilərin qalmasına nəzarət sərt şəkildə davam etdiriləcək və qanun pozanlara qarşı qısa zamanda tədbir görüləcək.
18:36 28.10.2025
Oxunuş sayı: 1514