Almaniya hərbi güc kimi Avropa səhnəsinə qayıdır
Berlin hökuməti rəsmi olaraq 350 milyard avronu aşan böyük modernləşdirmə planı ilə Avropanın ən güclü ordusunu yaratmaq məqsədini açıqladı.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, planın bir hissəsi olaraq, quru, hava və dəniz qüvvələri 2041-ci ilə qədər tamamilə yenilənəcək.
Müdafiə xərcləri ÜDM-in 3,5%-nə qədər artırılacaq və bu da Almaniyanı NATO daxilində ikinci ən böyük büdcəyə çevirəcək.
Bu addım Berlinin Rusiya-Ukrayna müharibəsindən sonra sürətlə dəyişən Avropa təhlükəsizlik doktrinasına cavabıdır.
Almaniya indi təkcə iqtisadi deyil, həm də hərbi cəhətdən Avropanın hərəkətverici qüvvəsi olmağı hədəfləyir.
Bir sözlə, Berlin uzun illərdən sonra yenidən silahlanma dövrünə qədəm qoyub və bu dəfə məqsəd yalnız müdafiə deyil, həm də liderlikdir.
18:25 28.10.2025
Oxunuş sayı: 1581