Tramp: Xirosima və Naqasakinin bombalanması kiçik münaqişə idi
ABŞ-nin prezidenti Donald Tramp Xirosima və Naqasakinin atom bombalanmasını “kiçik münaqişə” kimi səciyyələndirib. Onun bu ifadəsi beynəlxalq mediada və ictimaiyyətdə mübahisələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, Donald Trump bu sözləri 2025-ci ilin oktyabrın 28-də Yaponiyada səfəri zamanı səsləndirib.
“Maraqlıdır ki, Yaponiya ilə bizim aramızda ‘kiçik bir münaqişə’ baş verib. Bəlkə də bu barədə eşitmisiniz. Amma bu qədər dəhşətli hadisədən sonra belə, bizim iki ölkəmiz ən yaxın dost və tərəfdaş olaraq qalır”,- Tramp əlavə edib.
Türkanə Məşədiyeva
18:15 28.10.2025
Oxunuş sayı: 1686