Hindistan emal zavodları ABŞ sanksiyalarına görə Rusiya nefti sifarişlərini ləğv edir
Hindistanın bir neçə neft emalı zavodu ABŞ-nin “Lukoil” və “Rosneft” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Rusiya neftinə verdikləri sifarişləri ləğv etməyə başlayıb.
Crossmedia.az “Reuters” agentliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, bəzi zavodlar artıq əvvəlcədən bron edilmiş neft partiyalarını da məhdudiyyətlərə düşməmək üçün ləğv ediblər.
Mənbələr bildirir ki, banklar sanksiyaya məruz qalan məhsullar üzrə ödənişləri həyata keçirməkdən imtina edir. Rusiya neftinin ən böyük alıcısı olan Reliance şirkəti isə yeni sanksiyalara ciddi şəkildə əməl edəcəyini bəyan edib.
Günel Verdiyeva
18:06 28.10.2025
Oxunuş sayı: 1410