Erməni deputat: "Rusiyaya icazə verməyəcəyik ki, bizə necə xilas olmağı öyrətsin"
Ermənistan Milli Məclisinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş razılaşması” partiyasının deputatı Sarkis Xandanyan bildirib ki, “Rusiya bizə Ermənistanı necə xilas etməyi diktə edə bilməz. Bizim kifayət qədər ‘xilaskarımız’ var, Ermənistan xalqı ölkə xaricindən gələn xilaskarlara ehtiyac duymur”.
Crossmedia.az erməni KİV-lərinə istinadən xəbər verir.
Xandanyan qeyd edib ki, Ermənistanda da Moldova rəhbərliyinin qeyd etdiyi kimi hibrid hücum meylləri müşahidə olunur.
Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan arasında çox kövrək sülh mövcuddur və bu sülhün möhkəmlənməsi üçün bütün səylər göstərilməlidir.
Deputat əlavə edib ki, kommunikasiyaların açılması və TRIPP layihəsinin həyata keçirilməsi təkcə Ermənistanı deyil, Mərkəzi Asiyanı da Avropa İttifaqına daha da yaxınlaşdıracaq.
“Bu, regionda təhlükəsizliyin qiymətli təminatıdır,” – deyə Xandanyan vurğulayıb.
Günel Verdiyeva
18:00 28.10.2025
Oxunuş sayı: 1081