Zelenski: "Ukrayna Rusiya neft emalı zavodlarına zərbələri gücləndirəcək"
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev Rusiya neft emalı zavodlarına hücumları davam etdirəcək. Onun sözlərinə görə, bu zavodlar əvvəlki zərbələrdən sonra istehsal həcmlərini artırıblar.
Crossmedia.az bildirir ki, Zelenski həmçinin qeyd edib ki, Ukraynanın həyata keçirdiyi hücumların 90 faizi ölkənin öz istehsalı olan pilotsuz uçuş aparatları və uzaqmənzilli raketlərlə icra olunur. Bəzi hallarda isə Böyük Britaniyanın Storm Shadow və Fransanın SCALP raketlərindən istifadə edilir.
16:58 28.10.2025
Oxunuş sayı: 1215