Rusiyada hərbi çağırış sistemi dəyişir
Rusiya Dövlət Duması hərbi xidmətə çağırış sistemində mühüm dəyişiklikləri nəzərdə tutan yeni qanun qəbul edib. Qanuna əsasən, 2026-cı ildən etibarən vətəndaşların hərbi xidmətə çağırışı təqvim ili boyunca – 1 yanvardan 31 dekabra qədər aparılacaq.
Crossmedia.az xəbər verir ki, yeni sistemə görə, il ərzində tibbi müayinələr, psixoloji seçim mərhələləri və çağırış komissiyalarının iclasları fasiləsiz şəkildə davam edəcək. Bununla belə, çağırışçıların hərbi hissələrə göndərilməsi əvvəlki kimi ildə iki dəfə — yaz və payız mövsümlərində həyata keçiriləcək.
Bu dəyişikliklərin məqsədinin hərbi çağırış prosesini daha səmərəli və planlı şəkildə təşkil etmək, həmçinin hərbi idarəetməni optimallaşdırmaq olduğu bildirilir.
Nigar Yahyazadə
14:27 28.10.2025
Oxunuş sayı: 1464