Tramp: 2028-ci ildə namizəd olmayacağam
ABŞ prezidenti Donald Tramp 2028-ci ildə üçüncü müddətə namizədliyini irəli sürməyəcəyini bildirib və bu addımı konstitusiyaya zidd hesab etdiyini qeyd edib. “Air Force One” təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən o, prezident postuna əsas namizədlər kimi vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionun adlarını çəkib.
Crossmedia.az xəbər verir ki, Trampın bu bəyanatı Respublikaçılar Partiyasının gələcək liderliyinə dair siyasi müzakirələri canlandıracaq.
Tramp Vensi “əla vitse-prezident” kimi səciyyələndirib, Rubio barədə isə belə deyib: “Bizim çox gözəl insanlarımız var — təfərrüata varmağa ehtiyac yoxdur. Onlardan biri elə burada dayanıb”.
Cey Di Vens və Marko Rubionun adlarının ön plana çıxması isə onların Trampın siyasi kursunu davam etdirəcək şəxslər kimi dəyərləndirildiyini göstərir.
Türkanə Məşədiyeva
21:58 27.10.2025
Oxunuş sayı: 2403