Sandu: Rusiya Ermənistandakı seçkilərə müdaxilə edə bilər
Moldova prezidenti Maya Sandu bəyan edib ki, Rusiya digər regionlarda uğursuzluqlara düçar olduqdan sonra strategiyasını dəyişib. Onun sözlərinə görə, Moskvanın növbəti hədəfi gələn il seçkilərin keçiriləcəyi Ermənistan ola bilər. Sandu iddia edib ki, Rusiya həmin ölkədə hakimiyyəti nəzarət altına almağa çalışacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Bundan əlavə, Moldova lideri qeyd edib ki, Rusiya Rumıniya, Fransa və Almaniya kimi ölkələrdə fərqli şəkildə — təbliğat və dezinformasiya vasitəsilə fəaliyyət göstərir və bu, adi vətəndaşlar üçün aşkar etmək baxımından daha çətindir.
Günel Verdiyeva
20:57 27.10.2025
Oxunuş sayı: 1508