İsrail Türkiyənin Qəzzada hərbi iştirakını rəsmən rədd edib
İsrailin xarici işlər naziri Qideon Saar bildirib ki, İsrail Türkiyə Silahlı Qüvvələrinin Qəzza zolağına yerləşdirilməsinə qəti şəkildə qarşıdır.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, bu qərar son illərdə Türkiyənin “düşmənçilik siyasəti” ilə əlaqədardır. O, bu siyasətin həm rəsmi ritorikada, həm diplomatik münasibətlərdə, həm də iqtisadi sahədə özünü göstərdiyini qeyd edib.
İsrail bu mövqeyini artıq ABŞ administrasiyasına da çatdırıb.
Mehriban İbrahimli
20:50 27.10.2025
Oxunuş sayı: 1207