Azərbaycanla birlikdə ATƏT-ə Minsk qrupunun qurumlarını bağlamaq üçün müraciət etdik - Mirzoyan
“Təbii ki, xəbərdarsınız ki, Vaşinqton razılaşmaları çərçivəsində biz və Azərbaycan birgə müraciətlə ATƏT-in sədrliyini həyata keçirən ölkələrə bildirdik ki, artıq ATƏT-in Minsk prosesi və Minsk strukturlarının fəaliyyətinin davam etdirilməsini məqsədəuyğun hesab etmirik”.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistan parlamentində “Ermənistanın 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Bundan sonra biz ATƏT çərçivəsində əməkdaşlığın yeni üfüqlərini və yeni proqramlarını açmağa çalışırıq. Biz iqtisadi və ətraf mühitlə bağlı məsələlərdə əməkdaşlıq imkanları ilə maraqlanırıq. Xatırlayırsınız ki, beynəlxalq təşkilatlarla bağlı mövzuya davam edərək, biz Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük üçün müraciət etmişik”, - deyə o qeyd edib.
Mirzoyan bildirib ki, digər proqram olan “beynəlxalq münasibətlər və diplomatiya sahəsində mütəxəssislərin hazırlanması və ixtisas artırılması” üçün 301 milyon dram ayrılıb.
“Bu, diplomatik məktəblə bağlıdır və burada kadrlar təkcə xarici siyasət qurumları üçün deyil, həmçinin bir sıra nazirlik və idarələrin əməkdaşları üçün də hazırlanır və təkmilləşdirmə təlimlərinə göndərilirlər”, - deyə Ermənistan xarici işlər naziri vurğulayıb.
17:36 27.10.2025
Oxunuş sayı: 1614