Azərbaycan həm milli, həm regional, həm də qlobal səviyyədə söz sahibinə çevrilib - DEPUTAT

Müasir dövrdə beynəlxalq münasibətlərin dinamikası göstərir ki, sülh və sabitlik təkcə siyasi bəyanatlarla deyil, real addımlar və qarşılıqlı etimad üzərində qurulduqda davamlı olur. Cənubi Qafqaz regionunda son illər baş verən proseslər də məhz bu həqiqəti bir daha təsdiqləyir. Azərbaycan Respublikasının Ermənistan istiqamətində yük daşımalarına qoyulmuş tranzit məhdudiyyətlərini aradan qaldırması regionda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Bu qərar yalnız iqtisadi əlaqələrin bərpası baxımından deyil, eyni zamanda sülhün möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və region xalqları arasında əməkdaşlıq mühitinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatı zamanı verdiyi bu mesaj həm region ölkələrinə, həm də beynəlxalq ictimaiyyətə sabitlik və əməkdaşlıq yönündə açıq çağırışdır.
Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın da bu qərarı alqışlaması, Azərbaycanın atdığı addımı yüksək qiymətləndirməsi onu göstərir ki, real və qarşılıqlı faydaya əsaslanan münasibətlər üçün yeni imkanlar formalaşmaqdadır. Bu, həm siyasi dialoqun dərinləşməsi, həm də regional kommunikasiya xətlərinin açılması istiqamətində mühüm dönüş nöqtəsidir.
Azərbaycanın bu humanist və praqmatik addımı sübut edir ki, ölkəmiz regionda sülhün, qarşılıqlı etimadın və dayanıqlı inkişafın əsas təşəbbüskarıdır. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması təkcə logistik əlaqələrin bərpası deyil, həm də uzun illər davam etmiş gərginliklərin yumşalmasına, xalqlar arasında qarşılıqlı anlayışın formalaşmasına yönəlmiş strateji qərardır.
Bu hadisə bir daha göstərdi ki, Azərbaycan bölgədə əməkdaşlığın, iqtisadi inteqrasiyanın və mehriban qonşuluq münasibətlərinin təşviqində açar rola malikdir. Məhz belə addımlar sayəsində Cənubi Qafqazda sülh və rifahın davamlı olması üçün yeni imkanlar yaranır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Məlahət İbrahim qızı Crossmedia.az-la fikirlərini bölüşüb: "Bildiyimiz kimi, bugün Azərbaycan beynəlxalq aləmdə, xüsusilə də Avrasiya məkanında nəqliyyat, loqistik potensalına, iqtisadi potensialına və enerji resurslarına görə çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Sözsüz ki, bu möhtəşəm nailiyyət öz-özünə qazanılmayıb. Azərbaycanın təkcə bölgədə deyil bütövlükdə Şərü-Qərb, Şimsl-Cənub məkandakı geosiyasi və geoiqtisadi önəmi əsası 1993-cü ildə Ulu Öndərimiz tərəfindən uzaqgörənliklə qoyulmuş bu çoxvektorlu siyasət 2003-ci ildən isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çağdaş dünyanın çağırışlarına cavab verməklə zərgər dəqiqliyi ilə gerçəkləşdirilibdir. Təkcə onu demək kifayətdir ki, son illərdə beynəlxalq əhəmiyyətli nəqliyyat logistika layihələrində ölkəmizin öndə gedən fəal iştirakı bu mövqeni daha da gücləndirir. Dövlətim başçımız uzaqgörənliklə yeni dünya düzəmində ölkələrin davamlı inkişaf və milli təhlükəsizlik könsepsiyalarında enerji və nəqliyyat loqistika ideologiyasının əsas prioritet olduğunu bilərək, Azərbaycanı bu ideologiyaların gerçəkləşdirilməsində bir növ lokomotivinə çevirdi. Bütün bu amillər Azərbaycanın xarici siyasətinin təməli kimi birbaşa təsir göstərir və ölkəmizi beynəlxalq münasibətlər sistemində önəmli aktora çevirir. Fəxrlə deməliyik ki, Azərbaycan həm milli, həm regional, həm də qlobal səviyyədə söz sahibinə çevrilib. Minnətdarlıqla deməliyik ki, bugün qeyd etdiyimiz məsələrdə dövlətimizin başçısını mövqeyi mütləq şəkildə nəzərə alınır və onun fikrinə hörmətlə yanaşılır. Bu istiqamətdə qəbul edilən qərarların formalaşmasında ölkəmiz iştirak strateji əhəmiyyətə malik bir dövlət kimi qəbul edilir".
"Məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik diplomatiyası sayəsində kürəsəlləşən dünyada liderliyi, yüksək siyasi nüfuzu və həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Biz bunu Dövlət başçısının hər xarici səfərində, həm ikitərəfli, həm də çoxtərəfli formatda olan beynəlxalq tədbir və görüşlərdə bunun şahidi oluruq. Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri, bu səfərin zəngin proqramı və ona göstərilən ən yüksək səviyyəli qonaqpərvərlik deyilənləri bir daha təsdiq edir. Prezidentimiz cənab İlham Əliyevin Astanada keçirdiyi görüşlər, birgə bəyanatlar və xüsusilə Azərbaycan Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası ən yeni tariximizin parlaq səhifələri olmaqla mühüm məqamlarla yadda qaldı. Ali Dövlətlərarası Şuranın ikinci iclasında Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində olduğunu vurğulayaraq iki ölkənin regional və beynəlxalq siyasətdə ortaq mövqedə olduğunu, iqtisadi əməkdaşlığın və mədəni layihələrin əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu tərəfdaşlıq qarşılıqlı hörmət, siyasi iradə, uzunmüddətli əməkdaşlıq əsasında qurulur, regionda sabitlik və inkişafın təminatçısıdır. Prezident İlham Əliyevin birgə bəyanat zamanı səsləndirdiyi fikirlər Azərbaycan-Qazaxıstan münasibətlərinin sadəcə ənənəvi dostluqla məhdudlaşmadığını, dərin siyasi və strateji maraqlara söykəndiyini nümayiş etdirdi. Azərbaycan xalqının əvəzedilməz lideri Qazaxıstanın ölkəmizin ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyi xüsusi vurğulayaraq bu münasibətlərin qardaşlıq və qarşılıqlı etimad üzərində qurulduğunu bildirdi", - o söyləyib.
Parlamentari söyləyib ki, Vaşinqtonda paraflanmış sülh sazişinə Tokayevin dərhal reaksiyası və Ermənistanla tranzit əməkdaşlığının başlanması regionda Azərbaycanın təşəbbüskar və real nəticələrə hesablanmış siyasət apardığını sübut edir: "Bununla yanaşı Kurmanqazı adına Mədəniyyət Mərkəzinin timsalında humanitar əməkdaşlıq iki ölkə arasında münasibətlərin cəmiyyətlər səviyyəsində də gücləndiyini göstərir. Prezident İlham Əliyev iqtisadi əməkdaşlıqdan danışarkən vacib bir strateji məsələyə diqqət çəkdi. Orta Dəhliz və Zəngəzur dəhlizindən keçən TRIPP marşrutu ilə Azərbaycan təkcə regional nəqliyyat qovşağına çevrilmir, eyni zamanda Avrasiya məkanında mühüm strateji körpüyə və əvəzolunmaz əlaqələndiriciyə çevirdi. Bütün bu təşəbbüslər nəqliyyat və logistika sahəsində əməkdaşlığı genişləndirməklə yanaşı ölkəmizin geosiyasi çəkisini də artırır. Azərbaycan-Qazaxıstan tərəfdaşlığı artıq təkcə ikitərəfli münasibətləri deyil, bütöv regionun gələcəyini formalaşdıran strateji əməkdaşlıq modelinin simvoluna çevrildi. Sözsüz ki, bu münasibət dayanıqlı sabitliyə və inkişaf dinamikası kimi uzun vadili birliyin və türk xalqlarının real inteqrasiyasının nümunəsidir".
Deputat, həmçinin Prezident İlham Əliyevin qardaş Qazaxıstana səfəri mühüm siyasi hadisə kimi yadda qaldığını və yüksək səviyyəli məhsuldarlığı ilə seçildiyini qeyd edib: "Keçirilən görüşlər, səsləndirilən fikirlər, qəbul olunan qərarlar və imzalanan sənədlər Azərbaycan-Qazaxıstan münasibətlərinin çoxşaxəli, strateji xarakter daşıdığını bir daha təsdiqlədi və regionun sabitliyi ilə inteqrasiyası baxımından da önəmli töhfə verdi. Prezident Tokayevin də vurğuladığı kimi Azərbaycan liderinin səfəri iki ölkə arasında möhkəmlənən strateji tərəfdaşlığın gələcək inkişafı üçün ciddi əsaslar yaratdı. Eyni zamanda Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yaranan yeni geosiyasi düzənin və güclənən strateji tərəfdaşlığın rəmzi ifadəsinə çevrildi. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, biz hər dəfə Dövlət Başçımız haqqında xarici səfərlərində ayrı-ayrı tanınmış dünya liderlərinin və siyasətçilərin dahiyanə deyilmiş fikirlərini eşitdikcə qürur duyuruq. Səfər çərçivəsində Astana görüşündə dövlət başçıları bəyanətla çıxış edərkən Qazaxstan Dövlətin Başçısı öz bəyanatında Azərbaycan həm də Prezidrntimiz haqqında Azərbaycan Prezidentinin dövlət səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolunda çox mühüm hadisə və addım kimi qiymətləndirərək, İlham Əliyevin Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verdiyini, Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzunun və təsirinin dəfələrlə gücləndiyini, Onun güclü liderliyi ilə Azərbaycanda bütün sahələrdə böyük uğurlar qazanıldığını vurğuladı. Hesab edirəm ki, bu səfər zamanı qardaş Qazaxstan Respublikasının Prezidenti K. Tokayevin möhtərəm Prezidentimizin ünvanına səsləndirdiyi “... İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir..."fikirləri Azərbaycan xalqını şərəfləndirən və Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazıldı.
Elmir Heydərli
12:27 23.10.2025
Oxunuş sayı: 780