Yaqub Eyyubov İlham Əliyevə: Siz dahi şəxsiyyətsiniz ki, Azərbaycanın torpaqlarını geri qaytardınız

İstiqlal ordeni ilə təltif edilən Baş nazirin birinci müavini Yaqub Eyyubov ordenin təltifetmə mərasimi zamanı fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ona göstərdikləri etimadı həmişə doğrultmağa çalışdığını qeyd edib.
Crossmedia.az-ın məlumatına görə, Y.Eyyubov məhz dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu qeyd edərək dedi:
"Siz dahi şəxsiyyətsiniz ki, Azərbaycanın torpaqlarını geri qaytardınız. Bunu heç kim edə bilməzdi, mümkün də deyildi. Siz gözəl, yüksək bacarıqlı, dahi bir insansınız. Ona görə də bütün xalq, bütün dünya Sizi görür, Sizinlə qürur duyur".
14:50 22.10.2025
Oxunuş sayı: 1610