Marqus Tsahkna: Azərbaycan regionda Estoniya üçün önəmli rol oynayır

Estoniya və Azərbaycan arasında münasibətlər dərinləşir.
Crossmedia.az xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Marqus Tsahkna Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan regionda Estoniya üçün önəmli rol oynayır:
“Bizim qonşularımız eynidir, Rusiya kimi. Bəzən qonşular çox aqressiv ola bilir”, - o qeyd edib.
Nazir onu da qeyd edib ki, yüzlərlə azərbaycanlı Estoniya universitetlərində təhsil alır.
Marqus Tsahknanın sözlərinə görə, təhsil sahəsində əməkdaşlıq çox önəmlidir: “Bu əməkdaşləğı genişləndirəcəyik. Rəqəmsallaşma da yaxşı əməkdaşlıq sahəsi ola bilər. Estoniya rəqəmsallaşmada liderdir. Azərbaycan və Estoniya arasında ikitərəfli mümasibətləri daha da yaxşılaşdırmaq olar. Bizim qonşularımız - Latviya, Finlandiya da bu münasibətlərin yaxşılaşmasından faydalana bilər”.
13:19 22.10.2025
Oxunuş sayı: 1071