XİN başçısı: İlin ilk 8 ayında Azərbaycanla Estoniya arasında ticarət dövriyyəsi cəmi 25 milyon ABŞ dolları olub

İlin ilk 8 ayında Azərbaycanla Estoniya arasında ticarət dövriyyəsi cəmi 25 milyon ABŞ dolları olub.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, bugünkü müzakirələrdə iqtisadi əməkdaşlıq da gündəmdə olub:
"2025-ci ildə 2024-cü illə müqayisədə iqtisadi münasibətlərin inkişafında müsbət dinamika var. Bu ilin 8 ayında iki ölkə arasında ticarət dövriyyəsi cəmi 25 milyon ABŞ dolları olub, bu isə müsbət dinamika olsa da, kiçik rəqəmdir".
Nazir əlavə edib ki, Estoniya ilə əməkdaşlıqda nəqliyyat-logistikanın çox böyük potensialı var:
"Həmçinin təhsil sahəsində də əməkdaşlıq önəmlidir. 373 Azərbaycan vətəndaşı Estoniyada hazırda təhsil alır".
13:00 22.10.2025
Oxunuş sayı: 611