Ceyhun Bayramov Estoniya XİN rəhbərini qarşılayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna arasında təkbətək görüş başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında paylaşım edib.
Ceyhun Bayramovun estoniyalı həmkarı ilə görüşü başlayıb. Ardınca Azərbaycan və Estoniya xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub.
Müzakirələr zamanı əsas diqqət qarşılıqlı faydalı siyasi dialoqun genişləndirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinə yönəlib. Gündəlikdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət və investisiya potensialından tam şəkildə istifadə olunması, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və əlaqəlilik sahələrində tərəfdaşlığın genişləndirilməsi kimi məsələlər də yer alıb.
Nazirlər həmçinin, daha geniş regional vəziyyəti, eləcə də Azərbaycanla Ermənistan arasında münaqişədən sonrakı normallaşma və sülh prosesini müzakirə ediblər, avqustun 8-də keçirilən Vaşinqton Sammitini və onun əlamətdar nəticələrini xüsusi vurğulayıblar.
12:17
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxnanı qarşılayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
12:17 22.10.2025
Oxunuş sayı: 823