Nazir: Azərbaycan və Malayziya arasında ali təhsil sahəsində anlaşma memorandumunun imzalanması üzrə işlər aparılır

Azərbaycan və Malayziya arasında ali təhsil sahəsində anlaşma memorandumunun imzalanması üzrə işlər aparılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Malayziyanın Müstəqillik Günü münasibətilə Bakıda keçirilən qəbulda Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev danışıb.
Nazir vurğulayıb ki, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq getdikcə güclənməkdədir:
"Sözügedən proqram təqaüd verilməsini, tələbə və müəllim mübadiləsini əhatə edir. Hazırda Azərbaycanın təhsil sahəsində prioritetlərindən biri də Azərbaycanda təhsil alan xarici tələbələrin sayının artmasıdır. Bu gün Malayziyadan olan 5 tələbə Azərbaycanda təhsil alır, onlardan 2 nəfər Heydər Əliyev Beynəlxalq Təhsil qrantı əsasında təhsil alır. İnanırıq ki, daha çox Malayziyadan olan tələbə Azərbaycanda təhsilə maraq göstərəcək. Təqribən 50 nəfər Azərbaycan vətəndaşı isə Malayziyada təhsil alır".
19:30 21.10.2025
Oxunuş sayı: 1204