Azərbaycan Qəzzada beynəlxalq sülhməramlı qüvvənin tərkibində yer alacaq

Misir hökuməti Qahirənin nəzarəti və BMT Təhlükəsizlik Şurasının icazəsi ilə Qəzza zolağında çoxmillətli sülhməramlı qüvvə formalaşdırmaq planı hazırlayıb.
Crossmedia.az xəbər verir ki, bu qüvvədə Azərbaycan, Türkiyə və İndoneziya da daxil olmaqla bir sıra İslam ölkələrinin hərbi kontingentlərinin iştirakı nəzərdə tutulur.
Təxminən 4 min nəfərlik bu qüvvə Qəzzada atəşkəsin qorunması və Fələstin vətəndaş institutlarının bərpasına dəstək məqsədi daşıyacaq.
18:42 21.10.2025
Oxunuş sayı: 1174