Tramp: ABŞ HƏMAS-a Qəzzada yenidən silahlanmaq üçün müəyyən müddətə icazə verib

ABŞ-nin prezidenti Donald Tramp bildirib ki, Vaşinqton HƏMAS qruplaşmasına Qəzzada “müəyyən müddətə” yenidən silahlanmağa icazə verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Al Jazeera məlumat yayıb.
Trampın sözlərinə görə, qruplaşma aylardır davam edən müharibədən sonra bölgədə nizam-intizamı bərpa etməyə çalışır:
“Onlar bunu açıq şəkildə bəyan etdilər və biz onlara müəyyən müddətə icazə verdik. Anlamaq lazımdır ki, onlar, yəqin, 60 min insan itiriblər. Bu, çox böyük itkidir”.
Türkan Kərimli
13:14 13.10.2025
Oxunuş sayı: 2127