Tramp: Qəzza zolağında müharibə başa çatıb

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Qəzza zolağında müharibə artıq sona çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Bizim çoxsaylı şifahi təminatlarımız var. Mən inanıram ki, bu öhdəliklər yerinə yetiriləcək. Düşünmürəm ki, kimsə məni məyus etmək istəsin”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, Qəzzada yeni administrasiya çox qısa zamanda fəaliyyətə başlayacaq.
Tramp həmçinin qeyd edib ki, Qəzza ilə bağlı razılaşma ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra mümkün olub: “Bu addım vacib idi, çünki Tehran artıq nüvə silahına sahib idi”.
Fatimə Məmmədova
11:32 13.10.2025
Oxunuş sayı: 2042