Paşinyan Ermənistanın keçmiş prezidentlərini yenə ittiham edib

“Niyə Ermənistanın əvvəlki üç rəhbəri Qarabağ məsələsinin özləri tərəfindən təsvir edilən möhtəşəm həll yollarını həyata keçirməyiblər?”.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistan Baş anziri Nikol Paşinyan “Facebook” səhifəsində yerləşdirdiyi videoda deyib.
O, sualına özü cavab verib və bildirib ki, bunun iki mümkün səbəbi ola bilər.
“Birinci variant – cinayətkar fəaliyyətsizlik göstəriblər, bəlkə də Ermənistanın deyil, xarici ölkələrin maraqlarına xidmət edərək bizi Qarabağ məsələsinin möhtəşəm həll yollarından məhrum ediblər.
İkinci variant – onların təsvir etdiyi həmin möhtəşəm həll yolları sadəcə zehni məşqlərə əsaslanan siyasi aldatma olub və onların həyata keçirilməsi heç vaxt mümkün olmayıb”, - deyə Paşinyan qeyd edib.
11:30 13.10.2025
Oxunuş sayı: 2068