7 israilli girov Qırmızı Xaça təhvil verildi

Qırmızı Xaç İsrail ordusuna (ÇAXAL) 7 israilli girovun ona təhvil verildiyi barədə məlumat verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Kanal N12 məlumat verib. Bütün girovlar müstəqil şəkildə hərəkət edirlər.
HƏMAS mübadilə prosedurunun çəkilişini qadağan edib. Daha əvvəl bildirilmişdi ki, azad ediləcək ilk qrupda Eytan Mor, Qali və Ziv Berman, Matan Enqerst, Omri Miran və Alon Oel yer alır. Onlarla birlikdə Qay Gilboa-Dalal da azad edilib.
Günel Verdiyeva
10:37 13.10.2025
Oxunuş sayı: 2137