Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqlədi

Fransa prezidenti Emmanuel Makron ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Xarici işlər naziri Jan-Noel Barro, ədliyyə naziri Jerald Darmanən və maliyyə naziri Rolan Leskyur öz vəzifələrində qalıblar.
Eyni zamanda bir sıra dəyişikliklər baş verib: daxili işlər naziri postuna Paris polis prefekti Loran Nunyés, müdafiə naziri vəzifəsinə isə Katrin Votren təyin olunub.
Qeyd edək ki, bir qədər əvvəl istefa vermiş hökumətin başçısı Sebastyan Lekornü yenidən baş nazir vəzifəsinə təsdiqlənib.
Xumar Emilqızı
09:00 13.10.2025
Oxunuş sayı: 2298