İsrailin bundan sonra Qəzza ilə bağlı əsas planı açıqlanıb

İsrailin bundan sonra Qəzza ilə bağlı əsas planı açıqlanıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İsrael Kats deyib.
O bildirib ki, ölkəsinin əsas vəzifəsi Qəzza zolağında Fələstinin HƏMAS təşkilatının bütün terror tunellərini məhv etməkdir. O qeyd edib ki, əməliyyat həm İsrail Müdafiə Qüvvələri tərəfindən, həm də ABŞ-nin rəhbərliyi və nəzarəti altında yaradılacaq beynəlxalq mexanizm vasitəsilə həyata keçiriləcək.
Kats əlavə edib ki, bu məqsəd əsir götürülmüş şəxslərin azad edilməsindən sonra reallaşdırılacaq və bu addım İsrailin təhlükəsizliyini təmin etməklə yanaşı, regionda terrorizmin qarşısının alınmasına kömək edəcək.
Fidan Quliyeva
12:45 12.10.2025
Oxunuş sayı: 2781