Pakistan ordusu Əfqanıstanın 19 sərhəd məntəqəsini ələ keçirdi

Pakistan ordusu iki ölkə sərhədində baş verən hərbi toqquşmalar nəticəsində Əfqanıstanın 19 sərhəd məntəqəsini nəzarətə götürüb.
Bu barədə Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir.Həmin postlar Pakistan ərazisinə hücumlar üçün istifadə olunurdu.
Əfqanıstan hərbçiləri Angur-Adda, Bəcavur və Kurram da daxil olmaqla bir neçə sərhəd məntəqəsində əsassız atəş açıblar. Həmçinin Dir, Çitral, Baramça və digər bölgələrdə də silahlı hücumlar qeydə alınıb.
Pakistan və Əfqanıstan arasında gərginlik yaradan hərbi toqquşmalar dünən axşam baş verib.
Mehriban İbrahimli
11:15 12.10.2025
Oxunuş sayı: 2833