Ərdoğan: Həmas bizə sülh və danışıqlara hazır olduğunu deyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail və HƏMAS arasındakı münasibətlərə toxunub.
Crossmedia.az xəbər verir ki, Ərdoğan HƏMAS-ın sülh və danışıqlara hazır olduğunu bildirib:
“Biz bu proses boyu HƏMAS ilə əlaqə saxlamışıq və əlaqə saxlamağa davam edirik. Həmas bizə bildirdi ki, sülh və danışıqlara hazırdır. Fikrimcə, bu, çox dəyərli addımdır.
Tramp Türkiyədən HƏMAS-la danışmasını və onları Trampın sülh səylərinə dəstəyimizə inandırmağı xahiş edib."
15:25 08.10.2025
Oxunuş sayı: 2542