Xameneyi: İsrail dünyanın ən nifrət edilən hökumətidir

HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümü ərəfəsində dünən İranın ali rəhbəri Əli Xameneyi “X” platformasındakı ingilisdilli səhifəsində yeni paylaşım edib.
Crossmedia.az xəbər verir ki, paylaşımda İsrailin hazırda “dünyanın ən nifrət edilən rejiminə” çevrildiyi və “sionizmə qarşı qlobal müqavimətin formalaşdığı” vurğulanıb.
Xameneyin paylaşımında deyilir: “Fələstinin cəsur "Əl-Əqsa" əməliyyatı sionist rejimin 70 ildən çox davam edən cinayətlərinə cavab idi. “Əl-Əqsa” qasırğası sionist rejim ağır məğlubiyyətə uğradı. Bu gün dünyanın ən nifrət edilən rejimidir və indi sionizmə qarşı qlobal müqavimət var".
Bununla belə, Xameneyi 7 oktyabr hücumunun ikinci ildönümü ilə bağlı hələlik ayrıca bəyanat və ya video müraciət yaymayıb.
Buna cavab olaraq, İsrail hökumətinin keçmiş farsdilli sözçüsü Beni Sabti paylaşım edib. O yazıb:
“Sən artıq qoca və axmaqsan… bütün adamların da ölüb. Bu …anda elə bir boşluq var ki, nə qədər vursaq da, yenə də deyirsən ki, heç nə olmadı. Bizim və İran xalqının səndən xilas olması üçün sevinci yaxınlaşır…”
15:22 08.10.2025
Oxunuş sayı: 2282