Koçəryan: Zəngəzur dəhlizində İranın da iştirakının yolu tapılmalıdır

Dünən Ermənistanın keçmiş prezidenti Robert Koçəryan Zəngəzur dəhlizi layihəsi ilə bağlı çıxışında iddia edib ki, İrəvan bu prosesdən heç bir real nəticə əldə etməyib və İranın layihədə iştirakının təmin olunması vacibdir.
Crossmedia.az-ın məlumatına görə, Koçəryan deyib ki, ABŞ yaradılacaq dəhliz üzərində xüsusi nəzarət əldə edib və bu, İran-Ermənistan sərhədində Amerikanın monitorinq imkanlarını genişləndirib. Onun sözlərinə görə, bu vəziyyət həm Ermənistan, həm də İran üçün risklər yaradır.
“İran bu layihədən nəsə qazanmalıdır, ya yox? Hazırda İran bundan nə əldə edir? Əgər Culfa dəmir yolu yenidən açılmazsa və İran prosesdən faydalanmazsa, bu, ciddi nəzərdən keçirilməlidir”, – deyə, o, bildirib.
Koçəryan əlavə edib ki, İrəvan üçün əsas təhdid Amerika şirkətlərinin İran-Ermənistan sərhədində yerləşməsi ilə bağlıdır: “Bu, potensial fəlakət yarada bilər və sərhədin mövcudluğuna təhlükədir”.
15:11 08.10.2025
Oxunuş sayı: 2435