Ermənistan Milli Məclisinin sədri Alen Simonyan dünən Rusiya səfiri Robert Köçəryanın mətbuat konfransını sərt tənqid edərək onu “siyasi meyit” adlandırıb.
Crossmedia.az xəbər verir ki, bunu Simonyan öz "Telegram" kanalında yazıb
“Hörmətli jurnalistlər, Köçəryanın mətbuat konfransına baxmamışam və baxmaq da fikrim yoxdur. Sadəcə, internetdə bir neçə video parçası və mətbuatda bir-iki sitat gördüm.
Məzmun baxımından yenilik gözləməyə dəyməz, estetik tərəfdən isə bu adama baxmaq və ya onu dinləmək sadəcə xoşagəlməzdir. Onun o saxta təbəssümləri, mimikaları, sayıqlamaları və ‘cəsarət nümayişləri’ artıq heç kəsi maraqlandırmır — sadəcə, kimsə bunu ona açıq deməyib ki, əhvalı pozulmasın.
Əgər onun siyasi baxımdan deməyə sözü varsa, yol çoxdan göstərilib — qoy cəsarətini toplayıb Ermənistan Respublikasının yeganə seçilmiş rəhbəri ilə debatlara gəlsin. Baxmayaraq ki, vaxtilə özünü ‘ölkənin yeganə kişisi’ adlandıran bu adam qorxur, eləcə də bütün digər seçilməmişlər kimi.
Qorxmayın, onsuz da çoxdan siyasi meyitlərsiniz, itirəcəyiniz bir şey yoxdur. Beləliklə, heç olmasa, aranızda kimin daha çox meyit olduğunu müəyyən edə bilərsiniz. Odur ki — Դուխով!”
Bu paylaşım Ermənistan siyasi dairələrində geniş rezonans doğurub.
Səbiyyə Zayirova