Litva tarixində ən böyük səfərbərlik təlimlərinə başlayıb

Litva tarixində ən böyük səfərbərlik təlimləri olan " Vyčio Skliautas" 2025-ə başlayıb.
Crossmedia.az xəbər verir ki, 6–11 oktyabr tarixlərində ölkədə təhlükəsizliklə bağlı böhran hazırlığını yoxlamaq məqsədilə genişmiqyaslı sınaqlar keçiriləcək. Təlimlərə 60 bələdiyyə, 100-dən çox dövlət qurumu və təxminən 2 min nəfər cəlb olunacaq.
Təlimlərin məqsədi Litvanın resursları necə yenidən təşkil edə biləcəyini, müdafiəni və kritik xidmətlərin fəaliyyətini təhlükə halında necə təmin edəcəyini sınaqdan keçirməkdir.
12:39 08.10.2025
Oxunuş sayı: 2153