Nobel Komitəsi Fred Ramsdell ilə əlaqə saxlaya bilib

Nobel Komitəsi Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülən Fred Ramsdell ilə nəhayət əlaqə saxlaya bilib.
Crossmedia.az xəbər verir ki, amerikalı Fred Ramsdell, mükafat elan edilən zaman həyat yoldaşı ilə Aydaho, Vayominq və Montana dağ silsilələrinə üç həftəlik səyahətə çıxıb. O, vacib zəngləri gözləmədiyi üçün bu müddət ərzində telefonunu təyyarə rejiminə keçirib.
Nəticədə alim Nobel mükafatını qazanmasından yalnız 12 saat sonra xəbər tuta bilib. Bu barədə ilk eşidən isə onun həyat yoldaşı Laura O'Nil olub.
Bazar ertəsi Montanada düşərgəyə daxil olanda o, qəflətən qışqırmağa başlayıb. Ramsdell-in dediyinə görə, o, "onun boz ayı gördüyünü düşünüb". Amma həyat yoldaşı "Sən indicə Nobel mükafatı aldın!" - deyə qışqırıb. Ancaq Ramsdell özü əvvəlcə buna inanmayıb.
"Mən əlbəttə ki, Nobel mükafatını qazanacağımı gözləmirdim. Bu, heç ağlımdan belə keçməzdi. Mən sadəcə olaraq minnətdaram və sevincli idim."
Fred Ramsdell insanlardan kənar, vəhşi təbiətdə, düşərgələrdə həyat keçirməyə üstünlük verir.
11:55 08.10.2025
Oxunuş sayı: 2485