Aİ-yə üzv ölkələrin Tehrandakı səfirləri İran XİN-ə çağırılıb

Dünən İran Xarici İşlər Nazirliyi Avropa İttifaqına (Aİ) üzv ölkələrin Tehrandakı səfirlərini çağırıb.
Bu addım Körfəz Əməkdaşlıq Şurası və Aİ-nin birgə yaydığı bəyanata etiraz olaraq atılıb.
Crossmedia.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi sözügedən bəyanatı “əsassız” adlandıraraq, Aİ-nin Fars körfəzi məsələlərinə müdaxiləsinə etiraz edib. O, bəyanatda yer alan iddiaların İranın suverenliyinə qarşı olduğunu vurğulayıb.
Diplomat qeyd edib ki, Fars körfəzində yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adaları “İranın ayrılmaz tərkib hissəsidir” və bu məsələdə heç bir güzəştə gedilməyəcək.
Rəvançi, habelə, İranın raket proqramını ölkənin qanuni özünümüdafiə hüququnun bir hissəsi və regional sabitliyin təminatçısı kimi qiymətləndirib.
11:53 08.10.2025
Oxunuş sayı: 2193