Yerevanda Gürcüstan əsilli şəxs saxlanılıb

Yerevanda Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşmüş və Rusiya tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir Gürcüstan əsilli şəxs saxlanılıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Vano Sabaşvili sentyabr ayının əvvəlində Gürcüstandan Ermənistana daxil olarkən saxlanılıb və sonradan məhkəmə qərarı ilə həbs edilib. O, daha əvvəl Donetsk Xalq Respublikasının (DXR) adlandırılan qondarma “məhkəməsi” tərəfindən Ukraynanın tərəfində döyüşməkdə ittiham olunaraq qiyabi olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Onun ekstradisiyası məsələsini indi Ermənistanın Baş Prokurorluğu həll etməlidir.
Qeyd edək ki, sentyabr ayının əvvəlində Ermənistan hüquq-mühafizə orqanları Rusiya tərəfindən muzdlu döyüşçü olmaqda ittiham edilərək axtarışa verilmiş daha bir şəxsi — Georgi Kinoianini də saxlamışdı.
Səbiyyə Zayirova
15:29 06.10.2025
Oxunuş sayı: 2732